"Böyük, güclü oğlandı, onlara görə komandanı “ikibaşlı div” adlandırırdılar"

11 Oktyabr 2017 17:48 Hokkey 1 192
"Böyük, güclü oğlandı, onlara görə komandanı “ikibaşlı div” adlandırırdılar"

Stenli kubokunun qalibi “Pittsburq” "Ağ ev"i ziyarət edib. Sportinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp xokkeyçiləri isti qarşılayıb. O, bir sıra xokkeyçilərin ünvanına tərif də söyləyib:

“Krosbi “Pittsburq”un yeganə ulduzu deyil. Malkin basketbolçuya oxşayır. Böyük, güclü oğlandı. Onlara görə komandanı “ikibaşlı div” adlandırırdılar. Bu iki xokkeyçi birlikdə 77 qol vurub”.

Ancaq “Pittsburq” ənənəni pozub. Onlar prezidentə forma hədiyyə etməyiblər. Tramp ABŞ-ın 45-ci prezidenti olduğu üçün, ənənəyə görə, ona 45 nömrəli forma hədiyyə edilməliydi.

Tramp bir müddət əvvəl MBA çempionu “Qolden Steyt”i "Ağ evd"ə qəbul etməkdən imtina etmişdi. Bu da ABŞ-ın idman ictimaiyyətinin kəskin narazılığına səbəb olmuşdu.

Xəbər Lenti