"Qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq"

1 Aprel 2025 03:30 Həndbol 1 046
"Qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq"

"Növbəti matçlarda bundan da yaxşı oynayıb, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bunu “Azəryol” klubunun üzvü Emil Sərxanov Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan çempionatının final mərhələsində "Kür" komandasına qalib gəldikləri görüşü dəyərləndirib:

“İlk oyunda bu komandaya uduzmuş, ikinci qarşılaşmada isə heç-heçə etmişdik. Bu dəfə məqsədimizə çata bildik.

Ümid edirəm ki, növbəti oyunlarda da qələbə qazanarıq. Hər şey özümüzdən asılıdır. Növbəti matçlarda bundan da yaxşı oynayıb, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.

“Azəryol” 36:33 hesabı ilə “Kür”ə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?