Nazirlik "Neftçi"nin sabiq funksionerini bu kluba rəhbər təyin etdi

23 Avqust 2025 13:40 Həndbol 1 258
Nazirlik "Neftçi"nin sabiq funksionerini bu kluba rəhbər təyin etdi

Mingəçevirin "Kür" həndbol klubuna yeni rəhbər təyin olunub.

Sportinfo.az xəbər verir ki, klubun direktoru Fuad Yangildin işlərinin öhdəsindən lazımınca gələ bilmədiyindən, onun üzərinə rəhbər gətirilib.

Bu, Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbinin (FİŞGOEM) nəzdində fəaliyyət göstərən "Ulduz" Futbol Akademiyasının direktoru Mehman Alimovdur.

M.Alimov əvvəllər "Neftçi" Futbol Akademiyasının koordinatoru kimi də fəaliyyət göstərib.

Mehman Alimov saytımıza açıqlamasında rəhbər təyin olunmasını təsdiqləyib (prosport.az):

"Bəli, "Kür" həndbol klubunun İdarə Heyətinin sədri təyin olunmuşam. Məqsədim Mingəçevirdən və ətraf bölgələrdən yerli uşaqları tapıb həndbola qazandırmaq olacaq.

Legionerlərin sayını azaltmaq, öz Akademiyamızı qurmaq qarşıma məqsəd kimi qoyulub. Bunun üçün qadın komandamızda bu mövsüm cəmi 6, kişi komandamızda isə 3 legioner olacaq.

Akademiyamızı qurmaq üçün Mingəçevirdəki orta məktəblərlə sıx əlaqədə olacağıq".

"Kür" həndbol klubu bilavasitə olmasa da, dolayı yolla Gənclər və İdman Nazirliyi tərəfindən yaradılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR