“Bakı” Avropa Kubokunda hər iki oyunu səfərdə keçirəcək

04:00 Həndbol 71
“Bakı” Avropa Kubokunda hər iki oyunu səfərdə keçirəcək

Qadın həndbolçulardan ibarət “Azəryol” və kişilərdən ibarət “Bakı” komandalarının Avropa Kubokunun II təsnifat mərhələsində keçirəcəyi oyunların yeri məlum olub.

Sportinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avstriyanın “Union Kornoyburq” komandası ilə qarşılaşacaq “Azəryol”un hər iki görüşü səfərdə olacaq.

Klubların qarşılıqlı razılığı əsasında “Bakı” da Şimali Makedoniya təmsilçisi “Orxid”lə hər iki matçı səfərdə keçirəcək.

Qadınların turnirində II raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 4-5-də olacaq.

Kişi həndbolçular arasında Avropa Kubokunda isə bu mərhələnin ilk görüşləri oktyabrın 11-12-nə, cavab oyunları 18-19-na təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 20:00 Çək və bizə göndər!
17 Avqust 07:10 Xəzərdə zəlzələ oldu
17 Avqust 04:00 Milli Avstriyaya uduzdu