Azərbaycanlı bacılar “Gənc hakimlər layihəsi”ndə

20 İyul 2025 04:00 Həndbol 876
Azərbaycanlı bacılar “Gənc hakimlər layihəsi”ndə

Azərbaycanın həndbol üzrə Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları Portuqaliyanın Kovilya şəhərində keçiriləcək Universiadada iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, Avropa Həndbol Federasiyasının “Gənc hakimlər layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.

Hakimlərimiz qarşılaşmaları idarə etməklə yanaşı, təşkil olunacaq seminarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.

Ləman və Aydan Həmidova ötən il İsveçin Göteborq şəhərində açıq Avropa çempionatında da hakimlik ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?