Azərbaycan təmsilçiləri Avropa Kubokundakı rəqiblərini tanıdı

16 İyul 2025 03:20 Həndbol 652
Azərbaycan təmsilçiləri Avropa Kubokundakı rəqiblərini tanıdı

Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qadınların yarışında Azərbaycan çempionu “Azəryol” II təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq.

Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub.

II raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də ba. tutacaq.

Kişi həndbolçuların turnirində Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq.

Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komanda mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Bu raundun ilk görüşləri oktyabrın 11-12-nə, cavab matçları isə 18-19-na təyin olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR