Millimizin hücumçusu Braziliya çempionu oldu

3 May 2025 03:20 Həndbol 1 169
Millimizin hücumçusu Braziliya çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Braziliyada növbəti titulunu qazanıb.

Sportinfo.az xəbər verir ki, fevralda Braziliya Kubokunun qalibi olmuş milliləşdirilmiş voleybolçumuz ölkə çempionu titulunu da əldə edib.

35 yaşlı hücumçunun formasını geyindiyi “Osasko” finalda “Sesi Bauru”nu 3:1 hesabı ilə məğlub edib.

İlk dəfə Braziliya çempionluğu yaşayan Rəhimova mövsümü "qızıl dubl"la başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...