Azərbaycanlı oyunçuların komandası finalda məğlub oldu

3 Aprel 2025 03:50 Həndbol 829
Azərbaycanlı oyunçuların komandası finalda məğlub oldu

Azərbaycan voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri “Alba” CEV kubokunun finalı çərçivəsində cavab matçında da məğlub olub.

Sportinfo.az xəbər verir ki, ilk oyunda "Novara"ya 1:3 hesabı ilə uduzan Rumıniya klubu doğma meydanda da rəqibindən üstün ola bilməyib - 0:3.

Ruban 11 xal toplayaraq matçın ən məhsuldar üç oyunçusundan biri olub.

İtaliya təmsilçisi tarixində ilk dəfə CEV kubokunu qazanıb.

Ruban iki il əvvəl Rumıniyanın digər klubu "Luqoj"la "CEV Women's Challenge Cup" turnirinin finalına çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR