Azərbaycan yığması bu dəfə Nigeriyaya yenildi

13 Mart 2025 03:50 Həndbol 1 246
Azərbaycan yığması bu dəfə Nigeriyaya yenildi

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi bu idman növündə inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti dəfə məğlub olub.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə Nigeriyaya 17:29 hesabı ilə uduzub.

Ötən gün baş tutan matçda Moldova Azərbaycan millisini 33:21 hesabı ilə üstələmişdi.

Martın 13-də yığmanın rəqibi ABŞ olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...