Azərbaycan millisinin rəqibləri - ABŞ, Nigeriya və Moldova

7 Mart 2025 03:30 Həndbol 733
Azərbaycan millisinin rəqibləri - ABŞ, Nigeriya və Moldova

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, yığmanın inkişaf etməkdə olan ölkələrin çempionatında üz-üzə gələcəyi komandalar müəyyənləşib.

Martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq yarışa 4 qitəni təmsil edən 8 ölkənin kollektivi qatılacaq.

Bu komandalar ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan seçməsi ABŞ, Nigeriya və Moldova milliləri ilə birgə B qrupunda yer alıb.

A qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay komandaları yarışacaqlar.

2023-cü ildə keçirilən son analoji çempionatın qalibi Kuba kollektivi olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab