Azərbaycanda yeni çempionat yaradılacaq - Rayon komandaları oynayacaq

23 Yanvar 2025 04:40 Həndbol 1 386
Azərbaycanda yeni çempionat yaradılacaq - Rayon komandaları oynayacaq

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov məlumat verib.

Mütəxəssis reqalmentlə bağlı dəyişikliklər olacağını da bildirib:

“Bu ildən etibarən həndbol üzrə yeni çempionat keçiriləcək. Bu yarış I Liqa adlanacaq.

Hazırda Azərbaycan Yüksək Liqasında kişilərdən ibarət 9, qadınlardan ibarət 6 komanda çıxış edir. Rayon komandaları da daxil olmaqla, digərləri I Liqada çıxış edəcək.

Yüksək Liqanın oyunları hər həftə olmaqla mövsümboyu keçiriləcək. I Liqanı isə ildə iki dəfə, dairəvi sistem üzrə təşkil etməyi planlaşdırırıq.

Burada birinci yeri tutan Yüksək Liqanın sonuncu komandası ilə qarşılaşacaq. Bu dueldə qələbə qazanan komanda növbəti mövsüm Yüksək Liqada, uduzan isə I Liqada mübarizə aparacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi