“Qarabağ” avrokuboklarda çıxışını dayandırdı

18 Noyabr 2024 02:40 Həndbol 1 528
“Qarabağ” avrokuboklarda çıxışını dayandırdı

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:19.

İlk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...