Mingəçevir klubu İslandiya təmsilçisi ilə qarşılaşacaq - Avropa Kubokunda

31 Oktyabr 2024 04:50 Həndbol 837
Mingəçevir klubu İslandiya təmsilçisi ilə qarşılaşacaq -  Avropa Kubokunda

Kişi həndbolçulardan ibarət “Kür” kollektivi Avropa Kubokunun III mərhələsində İslandiyanın “Haukar” klubu ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz bu mərhələnin ilk oyununa səfərdə çıxacaq.

Raundun ilk qarşılaşmaları noyabrın 23-24-də, cavab qarşılaşmaları isə noyabrın 30-u və dekabrın 1-də keçiriləcək.

Mingəçevir klubu II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasına qalib gəlmişdi (32:29, 35:31).

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...