Əcnəbi baş məşqçi: “Azərbaycanda bu idman növünü çox sevirlər”

28 Oktyabr 2024 08:40 Həndbol 790
Əcnəbi baş məşqçi: “Azərbaycanda bu idman növünü çox sevirlər”

"Azərbaycanda həndbolu çox sevirlər".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının baş məşqçisi Nasser Salimi Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis, komandanı dəstəkləyənlərə təşəkkür edib:

"Azərbaycanda həndbolu çox sevirlər. Növbəti avrokubok rəqibi ikinci dəfə məğlub edə bildik.

Oyunumuzda da qələbə qazanacağıq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm.

Ümid edirəm ki, növbəti matçımızda qələbə qazanacağıq. Növbəti mərhələdə rəqibimiz hələ müəyyənləşməyib".

Komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə (35:31, 32:29) "Kür" mərhələ adlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0