COP29

Azərbaycan klubu "Spartak"ın eks kapitanını niyə transfer etməyib?

20 Mart 2023 02:10 Hadisə 1 024
Azərbaycan klubu "Spartak"ın eks kapitanını niyə transfer etməyib?

Rusiya millisinin və "Spartak"ın sabiq kapitanı Denis Qluşakov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyə yaxın olub.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, təcrübəli futbolçu klublarımıza təklif olunub.

Hətta Qluşakov özü də Azərbaycan çempionatında oynamağa razılıq verib.

Lakin onun klublarımızdan birinə keçidi baş tutmayıb. Səbəb isə maliyyə deyil. Belə ki, klublarımız Qluşakovun yaşının çox olmasını əsas gətirərək onun keçidində maraqlı olmayıblar.

“Lokomotiv”(Moskva), “Spartak”(Moskva), “Axmat”, “Ximki” klublarında oynamış 36 yaşlı futbolçu hazırda “Nijni Novqorod”un futbolçusudr. O, bu mövsüm 15 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"