Sülh müqaviləsindən danışdı

17 Mart 08:10 Hadisə 408
Sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Bu haqda “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edilib ki, Paşinyan “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin mətninin təsdiq edilməsi və saziş layihəsinin mətninin təsdiqi ilə bağlı danışıqların başa çatdırılması barədə Fransa Prezidentinə məlumat verib.

Tərəflər Ermənistan-Fransa, Ermənistan-Avropa İttifaqı münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri də müzakirə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!