Cəbrayıl ərazisində mina partladı - Xəsarət alan var

21 İyun 2024 18:30 Hadisə 493
Cəbrayıl ərazisində mina partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!