İndi daha bir məşhur idmançı zorlama hadisəsində ittiham olunur - FOTO

13 Aprel 22:30 Hadisə 390
İndi daha bir məşhur idmançı zorlama hadisəsində ittiham olunur - FOTO

Daha bir məşhur idmançı zorlamada təqsirləndirilir.

Sportinfo.az xəbər verir ki, ABŞ-nin “Portlend Treyl-Bleyzers” klubunun sabiq basketbolçusu Ben Maklemor dörd fərqli qadına qarşı zorakılıqda ittiham olunub.

BEN.jpg (34 KB)

Maklemor 2021-ci ildə törətdiyi əməllərə görə bu gün məhkəmə qarşısına çıxarılıb.

Şikayət əsasında saxlanılan basketbolçuya 20 illik həbs cəzası istənilsə də, idmançı 500 000 dollar girov qarşılığında sərbəst buraxılıb. Maraqlıdır ki, o, girov üçün 50 min dollar ödəməli imiş.

Maklemorun növbəti məhkəməsi iyulun 1-nə təyin olunub.

Bundan öncə “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş də zorlamada ittiham olunaraq həbs edilmiş, ancaq girov müqabilində sərbəst buraxılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti