COP29

Heydər Əliyevin qucağındakı bu uşaq kimdir? - VİDEO

2 Dekabr 2023 13:20 Hadisə 651
Heydər Əliyevin qucağındakı bu uşaq kimdir? - VİDEO

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Qara Qarayev bakupost.az-ın "Çərçivə" verilişində maraqlı açıqlama verib.

O, Prezident İlham Əliyevlə Füzuli şəhərindəki görüşündən danışarkən qeyd edib ki, uşaq olarkən, mərhum Prezident Heydər Əliyevlə də görüşüb.

Futbolçunun sözlərinə görə, həmin vaxt Pakistan prezidenti ilə Heydər Əliyev məcburi köçkünlərlə görüşə gəlib.

Azərbaycan prezidentinə gül vermək üçün uşaqlar arasından onu seçiblər. Qara Qarayevin təqdim etdiyi videodan da göründüyü kimi, Heydər Əliyev yaxınlaşdığını görən kimi onu qucağına götürür və çıxışının sonun qədər yerə qoymur.

Həmin görüntüləri təqdim edirik:

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"