COP29

Bu erməni hər gün Bakıya ZƏNG EDİR: ”İndi nə danışır, ondan soruşun”

1 Dekabr 2023 13:30 Hadisə 613
Bu erməni hər gün Bakıya ZƏNG EDİR: ”İndi nə danışır, ondan soruşun”

Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayanın deyib ki, özünü buraxmış qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan Azərbaycanla təmasdadır.

Babayan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır, hər gün Bakıya zəng edir, indi nə danışır, ondan soruşun”, - deyə o bildirib.

Babayanın sözlərinə görə, bu barədə qondarma “Artsax deputatları”na Şahramanyan özü məlumat verib.

Samvel Babayan onu da əlavə edib ki, Şahramanyan Qarabağ ermənilərinin evlərinə qayıtması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır.

O, Şahramanyanın hansı rəsmilərlə danışıqlar apardığını açıqlamayıb.

“Bunu “Artsax deputatları”ndan soruşun”, - o, jurnalistlərə kinayə ilə deyib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"