“Rəşad Sadıqovla vaxt tapandan-tapana yazışırıq”

19 Sentyabr 21:20 Hadisə 571
“Rəşad Sadıqovla vaxt tapandan-tapana yazışırıq”

“Azərbaycanı çoxdan tərk üləsəm də, çox adamla əlaqəm qalmaqdadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq legioneri Georgi Adamiya deyib.

2004-cü ildə ölkəmizə gələn və növbəti 9 ili burada keçirən gürcüstanlı yarımmüdafiəçi köhnə tanışları ilə münasibətləri qorudğunu bildirib:

“Rəşad Sadıqovla, kiçik Rəşadla (Rəşad Sadiqov) vaxt tapandan-tapana yazışırıq. Türkiyə toplanışında İlqar Qurbanovu gördüm, xeyli söhbət etdik.

Hazırda futbol sahəsində çalışmayan dostlarım var ki, onlarda da münasibətim qalmaqdadır.

Hamıyla olmasa da, çoxu ilə əlaqəm var. Bu, belə də olmalıdır. Azərbaycanda bir-birindən gözəl illər keçirmişəm, unudulmaz xatirələrim var”.

Adamiya Azəırbaycanda “Neftçi” ilə yanaşı, “Qarabağ” və “İnter”in də formasını geyinib. O, 2013-cü ildə ölkəsinə qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu