“Azərbaycanla müharibə proqnozlaşdırılan idi, lakin biz...” - Ermənistan prezidenti:

28 May 04:00 Hadisə 963
“Azərbaycanla müharibə proqnozlaşdırılan idi, lakin biz...” - Ermənistan prezidenti:

“Əminəm ki, hamınız Ermənistanla maraqlanırsınız, hər kəsi burada baş verən hadisələr narahat edir”.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qətərin erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

“Əgər biz xarici problemləri, təhdidləri olmayan, sadəcə olaraq öz problemləri ilə məşğul olan bir ölkə olsaydıq, daha böyük uğurlar qazanardıq. İndi qarşımızda həll olunası problemlər, böyük vəzifələr durur, biz onları həll etməyə çalışırıq. Bu, asan deyil, çünki uzun illər Ermənistanın gələcəyi ilə bağlı fikirlərimiz fərqli olub” - deyə Ermənistan prezidenti bildirib.

Xaçaturyana görə, II Qarabağ savaşı hələ 90-cı illərdən proqnozlaşdırılan olub.

“Belə bir vəziyyətin yaranacağı çox aydın idi, amma biz bu reallıqla üzləşmək istəmədik. 1994-cü il müharibəsində qalib gəldiyimizi ictimaiyyətə, erməni xalqına təqdim etmək bizim üçün daha asan oldu, atəşkəs sazişi imzaladıq. Biz 20 il və ya daha çox “danışıqlar” prosesi apardıq. Həmin danışıqlar zamanı həqiqətlə üzləşmək istəmədik. Azərbaycanın müharibəyə hazırlaşdığı isə aydın idi. İndi biz belə bir vəziyyətdə Ermənistanın təhlükəsizliyi məsələsini həll etməyə çalışırıq”, - deyə Vaaqn Xaçaturyan vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu