Vardanyan Xankəndidə “ordu” yığır - Özünü qoruyacaq, yoxsa...

30 Sentyabr 2022 13:50 Hadisə 1 376
Vardanyan Xankəndidə “ordu” yığır - Özünü qoruyacaq, yoxsa...

Avqustun əvvəllərindən Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlmiş erməni milyarder Ruben Vardanyan aktiv fəaliyyətə keçib.

Bir neçə gün əvvəl Ermənistana çəkilmiş yeni yolun yaxınlığındakı Azərbaycan kəndlərində məskunlaşmış ermənilərlə görüşən Vardanyan onlara hər cür dəstək verəcəyini vəd edib.

İndi isə Rusiya sülhməramlı kontingetinin himayəsinə güvənən erməni milyarder artıq separatçı-terrorçu rejimdə özünə “ordu qurmağa”, ermənilərin “təhlükəsizliyinin” qayğısına qalmağa start verib.

Belə ki, Vardanyan Xankəndidə “ehtiyatda olan zabitlər ittifaqı”nın nümayəndələri ilə görüşüb. Bu barədə o, özü sosial media səhifəsində məlumat paylaşıb.

Hraparak

“Təhlükəsizliyimizi təmin etmək üçün bizim kifayət qədər potensialımız və imkanlarımız var. Stepanakertdə görüşdüyüm "Artsax"ın ehtiyatda olan zabitlər ittifaqının nümayəndələri belə deyirlər. Mən də eyni fikirdəyəm. Təhlükəsizliyimizi öz gücümüzlə təmin etmək üçün zabitlər üç mühüm komponent müəyyən etdilər: hərbi təhsilin genişləndirilməsi və yüksək keyfiyyətli hərbi kadrların hazırlanması; bütün sahələrdə bacarıqlı və məsuliyyətli iş, potensialımızdan, xüsusən də insan potensialımızdan tam və düzgün istifadə etmək. Bir neçə gün əvvəl Xankəndidəki separatçıların lideri Araik Arutyunyan da "xalqa müraciətində" etiraf edib ki, hazırkı “çox kövrək dünya nizamı və regional iğtişaşlar” şəraitində heç kim onlara uzunmüddətli təhlükəsizliyə zəmanət verməyə hazır deyil.

Arutyunyan Rusiyanın vəd etdiyi təhlükəsizlik zəmanətlərinə etibar etmədiyinə eyham vurub. “Rusiyanın məşğulluğu və diqqətinin yayınması səbəbindən Rusiya sülhməramlılarının təminatları müəyyən dərəcədə pozulub və Azərbaycan bundan istifadə edir”, - deyə Arutyunyan bildirib. Araik Arutyunyan onu da bildirib ki, “Qarabağın müdafiə sisteminin modernləşdirilməsi və cari çağırışlara uyğunlaşdırılması üçün” bütün mümkün addımlar atılır. Görünən mənzərə budur ki, ermənilər nəinki üçtərəfli bəyanatda əks olunan qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına hazırlaşmır, əksinə, “müdafiə ordusu”nun yenidən silahlanması və modernləşdirilməsi planlarından danışır. Vardanyan isə bu işin daha çox sponsoru kimi çıxış edir ki, indilikdə bu ac-gic ermənilər üçün silaha sarılmaq yeganə çıxış yoludur. Araik də, Vardanyan da bu vəziyyətdən istifadə edərək, hətta müharibədə məğlub olmuş zabitləri də qanunsuz silahlı dəstələrə cəlb etmək istəyirlər. Lakin halqası getdikcə daralan separatizmin mövcud olmaq üçün dəridən-qabıqdan çıxmasının nəticələri olacaqmı? Vardanyan fəallığı ilə hansı prosesin zəminini indidən hazırlayır? Rusiya bölgədə separatizmin yox olmasına niyə imkan yaratmır?

Sülhəddin Əkbər:

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının (AzDP) sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, üçtərəfli bəyanat imzalanan günü ilkin dəyərləndirmə ilə çıxış etmişdi: “Qeyd etmişdim ki, bölgədə vəziyyət yeni şərtlərlə sıfır nöqtəsinə qaytarılır. Çox təəssüf ki, son dövrlər cərəyan edən proseslər bu fikri gündəmə gətirir: rus silahlı qüvvələri torpaqlarımıza qayıdıb, "Dağlıq Qarabağ Muxtar Vilayəti" ərazisinə yerləşib, müharibədən sonra erməniləri təzədən qaytarıblar, sanki hər şey 19-cu əsrdə olduğu kimi təkrarlanır. Osmanlı və Qacarlar imperiyasından erməniləri daşınıb gətirilirdi, aydın idi ki, ruslar da ermənilərlə bağlı 100 illik plandan imtina etməyəcəklər. Bu, Rusiyanın siyasətidir. Əhalinin 73, 4 faiz türk ola-ola həmin torpaqlara erməniləri köçürdülər. Bugünkü “Dağlıq Qarabağ” məsələsinə isə ənənəvi oyunçularla yanaşı yeni oyunçular daxil olub. Yəni ənənəvilər deyəndə Rusiya, erməni kilsəsi, Daşnaksütyun, erməni millətçiləri, Fransa və Amerikadakı erməni diasporunu nəzərdə tuturam. Bura indi İran və Yunanıstan qoşulub, məsələ getdikcə mürəkkəbləşib. Ona görə problemi həll etməliyik, daha da çətinləşəcək. Vardanyan isə burada bir elementdir".

S.Əkbər hesab edir ki, bu gün bizim strateji hədəflərimiz qardaş Türkiyə ilə birgə kollektiv Qərblə hərəkət etməyi zəruri edir: “Operativ-taktiki vəziyyət isə Rusiya ilə birlikdə addımlamağı zəruri edir. Sadəcə, Rusiyanın güzəştlərinin bəlli həddi var, ondan o tərəfə keçir. Ona görə Azərbaycan artıq böyük dövlətlər kimi siyasət yürüdür, həm operativ-taktiki, həm strateji siyasət aparır, bunu öyrənib. Ermənistan da operativ-taktiki olaraq Rusiya və KTMT ilə birgə hərəkət edir, onun strateji hədəfləri isə Qərblə birgə hərəkət etməyi diktə edir. Ona görə strateji planda hərəkətlərimiz Ermənistanla bir olacaq. Əgər strateji plana gəldikdə, de-fakto status-kvo qalacaqsa, zaman əleyhimizə olacaq. Çünki ABŞ başda olmaqla, Qərbin kimin yanında olacağı bəlliir. O baxımdan indiki şəraitdə operativ-taktiki vəziyyətdə məsələni həll etməliyik, bizim üçün pəncərə açılıb”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!