UEFA "Qəbələ" və "Zirə"yə 450 min, "Neftçi"yə 100 min avro verdi

12 Avqust 2022 16:20 Hadisə 877
UEFA "Qəbələ" və "Zirə"yə 450 min, "Neftçi"yə 100 min avro verdi

Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "Neftçi", "Qəbələ" və "Zirə" üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar"a 100 000 avro, "qırmızı-qaralar"a və "qartallar"a isə ayrılıqda 450 000 avro ödənilib.

"Qəbələ" və "Zirə" mübarizəni II təsnifat mərhələsində dayandırıb. "Neftçi" isə avrokuboklarla III raundda vidalaşıb.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi