Azərbaycanda oynadı, ermənilərlə anlaşdı, tənqid olundu - FOTO

27 Yanvar 2022 20:20 Hadisə 749
Azərbaycanda oynadı, ermənilərlə anlaşdı, tənqid olundu - FOTO

Azərbaycanlı futbolsevərlərə yaxından tanış olan Yevgeni Koçuk karyerasını Ermənistanda davam etdirəcək.

Moldovalı yarımmüdafiəçi düşmən ölkənin köklü klubu olan “Pünik”lə anlaşıb. Koçuk ilyarımlıq müqaviləyə qol çəkib.

Moldova millisinin üzvünün karyerasını “Pünik”də davam etdirməsi ilə bağlı yerli azarkeşlərin ürəyincə deyil. Səbəb 28 yaşlı yarımmüdafiəçinin vaxtilə Azərbaycanda oynamasıdır.

Klubun “feysbuk” səhifəsində keçidlə bağlı rəsmi məlumat yerləşdirilib ki, şərh bölməsində azarkeşlər arasında maraqlı dialoq yaşanıb.

David Vardanyan adlı izləyicinin “dislayk” sözünə Ab Hakobyan adlı azarkeş “niyə” sualını verib. Bir başqa izləyici söhbətə müdaxilə edərək Hakobyana Yevgeninin Azərbaycanda oynadığını xatırladıb.

Və beləcə azarkeşlər arasındakı mübahisə davam edib.

Yevgeni Koçuk 2018-2021-ci illər aralığında ölkəmizdə “Səbail”, “Sabah” və “Keşlə”nin heyətində legioner həyatı yaşayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti