Mahir Emrelinin ziyanına işləyəcək YENİ FOTOFAKT

19 Yanvar 2022 19:40 Hadisə 1 395
Mahir Emrelinin ziyanına işləyəcək YENİ FOTOFAKT

Mahir Emreli mövzusu qış transfer dönəminin trendidir.

İndi hamı ondan yazır, ondan danışır. Lap dəqiq desək, ona görə narahatdır.

Millimizin perspektivli üzvünün “Legiya” ilə müqaviləsi olduğu halda, 24 yaşlı futbolçu komandasının məşqlərinə qatılmır.

Karyerasını Polşada davam etdirməkdə qəti maraqlı deyil. İcarələdiyi vəkilinin köməyinə bel bağlayıb müqaviləsinə xitam veriləcəyi günü gözləyir.

Sorağı bir gün “Qalatasaray”dan gəlir, o biri gün “Başakşehir”dən.

Futbol ictimaiyyətinin narahatlıq keçirdiyi dönəmdə Mahirin harda və nə işlə məşğul olduğunu bilən yoxdur.

Əvəzində “instagram” səhifəsininin “hekayə” bölümünü yumor ustası Elişkonun paylaşımları “bəzəyir”.

Bir neçə gün əvvəl qonaq olduğu verilişdən görüntülər paylaşılır ki, “Legiya”dakı əsas söz sahibləri mütləq ki, həmin görüntülərdən xəbər tutur.

Sabah kluba rəhbərlik edənlərə qaldırdığı məhkəmə davasında Emrelinin paylaşımları polşalıların əlində tutarqa olacaq.

Hadisələrin sonrakı axarının nə ilə nəticələnəcəyini zaman göstərəcək. İndi görünən odur ki, yaşananlar cavan oğlanın ziyanına işləyir.

O isə susmağı üstün tutur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti