"Legiya"nın baş məşqçisi Mahiri təkbətək söhbətə çəkdi və…

22 Sentyabr 2021 09:20 Hadisə 2 224
"Legiya"nın baş məşqçisi Mahiri təkbətək söhbətə çəkdi və…

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Polşa kubokunun 1/32 final mərhələsində II liqa təmsilçisi “Viqri Suvalki”yə qarşı keçiriləcək oyuna hazırlaşır.

Sportinfo.az xəbər verir ki, çempionat matçından sonra məşqləri bərpa edən Varşava təmsilçisi bir neçə aparıcı oyunçusunun xidmətindən yararlanmayacaq.

Baş məşqçi Çeslav Mixneviçin istirahət verməyi planlaşdırdığı oyunçulardan biri də Emrelidir. Ancaq digər hücumçu Tomas Pekartın cəzalı durumda olması həmyerlimizin kubok görüşündə iştirakını zəruri edə bilər.

Son məşq zamanı isə Mixneviçin Mahirlə xüsusi görüşü yerli medianın diqqətini çəkib. Bildirilib ki, komanda hazırlıq keçdiyi zaman çalışdırıcı ilə hücumçu meydanın kənarında uzun müddət söhbət edib.

“Viqri Suvalki” – “Legiya” oyunu bu gün baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"