İstefaya göndərilən general idman qurumunun başına gətirildi

7 Aprel 21:20 Hadisə 627
İstefaya göndərilən general idman qurumunun başına gətirildi

Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Sportinfo.az xəbər verir ki, yeni direktor general-mayor Natiq Əliyevdir.

Ehtiyatda olan hərbi zabit idmana yad sima deyil. Belə ki, o, karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. 1999-2012-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.

O, əvvəllər AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Hazırda Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

Natiq Əliyev 2012-2020-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi işləyib. Ötən ilin iyun ayından o, bu vəzifədən azad olunaraq ehtiyata buraxılıb.

Natiq Əliyevdən əvvəl Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru boks millimizin sabiq baş məşqçisi Məmməd Eyvazov olub. O, ötən ilin dekabrında koronavirusdan dünyasını dəyişib (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion