Daha bir erməni nazir Qarabağa qanunsuz səfər etdi - FOTOLAR

22 Fevral 2021 13:10 Hadisə 736
Daha bir erməni nazir Qarabağa qanunsuz səfər etdi - FOTOLAR

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistan FHN-in mətbuat xidməti məlumat yayıb.

Piloyan Xankəndidə separatçı rejim qalıqlarının başçısı Araik Arutyunyanla görüşüb, bu cür qarşılıqlı səfərlərin daha tez-tez təşkil edilməli olduğunu bildirib.

Bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan, hərbi prokuror, baş prokurorun müavini Vahe Arutyunyan və baş prokuror Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər etmiş, burada separatçı rejim qalıqlarının başçısı ilə görüş keçirmişdi.


Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!