Hərbçi qardaşlar qəzaya düşdü, biri öldü - FOTO

13 Yanvar 2021 13:30 Hadisə 1 345
Hərbçi qardaşlar qəzaya düşdü, biri öldü - FOTO

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sportinfo.az xəbər verir ki, yanvarın 12-də saat 16 radələrində Şəki rayonunun Daşüz kəndi ərazisində Qax rayon sakini Rəvan Məcidov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən dərəyə aşırıb.

Nəticədə sərnişini olan qardaşı Kənan hadisə yerində vəfat edib, özü və digər 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Kənan və Rəvan qardaşları Qax rayon sakinləridir. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İlkin məlumata görə, qəzaya düşən qardaşlar hərbçi olublar.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!