Qarabağda bu sayda erməni yerləşdirilib

21 Noyabr 14:50 Gündəm 511
Qarabağda bu sayda erməni yerləşdirilib

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin Qarabağda müharibənin dayandırılması barədə birgə imzaladığı bəyanatdan sonra Qarabağa 7 000 erməni yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqu həmkarı Vaqarşak Arutyunyanla söhbətində bildirib.

"Bilirsiniz ki, Stepanakertə gedən yolda təhlükəsiz dəhlizlər yaradaraq bütün qaçqınların daşınmasını təmin etdik. Hazırda Dağlıq Qarabağda həyati obyektlərin bərpası ilə məşğuluq", - deyə Şoyqu qeyd edib.

Rusiyanın Müdafiə naziri bildirib ki, Qarabağa qayıtmaq istəyənlər bu işlərin davam edəcəyinə əmin olsun.

Rusiya nümayəndə heyəti bu gün Ermənistana səfər edib. Nümayəndə heyətinin tərkibinə Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov, Baş nazirin müavini Aleksey Overçuk, Səhiyyə naziri Mixail Muraşko və İstehlakçı hüquqlarının müdafiəsi və rifahına nəzarət federal xidmətinin rəhbəri Anna Popova daxildir.

Xəbər Lenti
23 Noyabr 22:40 Messi lazım deyil?