“Qarabağ”ın kimi almaq istəməsindən XƏBƏRİNİZ VAR? - VİDEO

21 May 19:40 Gündəm 1 898
“Qarabağ”ın kimi almaq istəməsindən XƏBƏRİNİZ VAR? - VİDEO

“Hazırda “Qarabağ” bütün planlarını Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmək üçün qurmalıdır.

Heyətdə bir neçə mövqelərə transferlər şərtdir.

Hücumçu Mark Qual da önəmli fiqurdur. Sadəcə, “Legiya”nın ispaniyalı forvardını detallı izləmək lazımdır.

Toplu və topsuz oyunlarda iştirakını, mövqe seçimində kəsərliliyi vacib amillərdir.

Nəzərə alaq ki, Ağdam klubunda ispaniyalı transferlərin komandaya uyğunlaşmasında problem olmayıb. Miçel və Dani Kintana nümunəsi ortadadır”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin budəfəki buraxılışında “Qarabağ”ın transfer mövzusu müzakirə edilib, ölkə futbolunda ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Canlı yayım zamanı tamaşaçıların yazdıqları rəylər oxunulub, suallara cavab verilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.

Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.

Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti