“Neftçi”dən yeni ayrılan yerli debütantla əl sıxışdı

29 İyun 12:20 Gündəm 2 117
“Neftçi”dən yeni ayrılan yerli debütantla əl sıxışdı

Bugünlərdə «Neftçi»dən ayrılan Azər Salahlı özünə yeni komanda tapıb.

Müdafiəçi bundan sonra «İmişli»nin formasını geyinəcək.

Millinin sabiq üzvü Premyer Liqanın debütantı ilə 1 illik müqavilə imzalayıb. O, bu müddətdə 6500 manat maaş alacaq.

Azər bundan öncə “Kəpəz”lə danışıqlar aparıb. Tərəflər ortaq məxrəcə gələ bilməyib.

Fikir ayrılığ maliyyə şərtlərində yaranmayıb. Əksinə, Gəncə klubu müdafiəçinin 7500 manat maaş istəyinə müsbət cavab verib.

Sadəcə, yığmanın sabiq üzvünün kontraktın müddəti ilə bağlı tələbi «sarı-göylər»in fikri ilə üst-üstə düşməyib.

Salahlı anlaşma sürəcinin 2 illik olması şərti irəli sürübsə, «Kəpəz» başbilənləri müqavilənin 2026-cı ilin yayından o tərəfə keçməsinə qarşı çıxıb və bkləcə, görüşmələr müsbət yekunlaşmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 20:00 Çək və bizə göndər!