Elgiz Kərəmli «Şəfa»da qalmaq təklifini geri çevirib. Komandanı I Liqanın çempionu edən baş məşqçi Premyer Liqada çalışmayacağını bilən kimi yekun qərarını verib. O, paytaxt təmsilçisində hər hansı post tutmaq variantını dəyərləndirmək istəməyib. Bu gün «Zaqatala» ilə matçda sonuncu dəfə iş başına keçən gənc mütəxəssis yolları birdəfəlik ayırmağı üstün tutub. Əlbəttə,quru təşəkkürnamə alaraq yox. «Şəfa» ona kompensasiya ödəməli olacaq. Çünki Kərəmlinin müqaviləsində belə bir bənd mövcuddur. Həmin şərtə əsasən, kollektiv elitaya vəsiqə qazanarsa, onunla sözləşmənin müddəti daha 1 il avtomatik uzadılır. Tapşırıq yerinə yetirilib, rəhbərlik isə hazırkı məqamda fərqli istiqamət götürüb. «Zirə»nin futbol akademiyasının direktoru Zaur Həşimov sükan arxasına gətirilib.
SPORTİNFO.AZ

