Avropalılar azərbaycanlı oyunçusunu bu qiymətə satmağa hazırdır - SON DƏQİQƏ

3 İyun 20:00 Gündəm 3 117
Avropalılar azərbaycanlı oyunçusunu bu qiymətə satmağa hazırdır - SON DƏQİQƏ

"Varajdin" Rüfət Abdullazadə ilə vidalaşmağa hazırdır. Xorvatiya klubu ona yeni transfer qiyməti qoyub.

Balkanlılar Azərbaycan yığmasının yarımmüdafiəçisini 60 min avro qarşılığında satmağa hazırdır.

«Sumqayıt»ın yetirməsi ötən ilin yayında «Səbail»i "Varajdin"ə dəyişib. Üç illik müqavilə bağlayan Rüfət 2026-cı ilin əvvəlində vətənə dönüb.

Son beş ayda "Zirə"nin formasını icarə əsasında geyinib. Ancaq burada da özünü göstərməyə çətinlik çəkib, tez-tez zədə alıb.

Abdullazadənin Xorvatiyada perspektivi dumanlı görünür. İlk 6 ay ərzində əsas heyətə düşməyə çətinlik çəkən orta sahə oyunçusu orada qalsa, yenə vaxtının çoxunu ehtiyat skamyada keçirəcək.

Çətin ki, Konfrans Liqasında iştirak edəcək "Varajdin" onunla bağlı fikrini dəyişsin.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!