İctimai nəqliyyat ödənişlərində yenilik edildi

3 İyun 08:10 Gündəm 1 215
İctimai nəqliyyat ödənişlərində yenilik edildi

Artıq bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə əməliyyatın aid olduğu marşrut xətti və ya metro stansiyası məlumatı əks olunur.

Bu barədə “Bakıkart” məlumat yayıb.

Bildirilib ki, yeni funksiya istifadəçilərə ödənişlərini daha rahat izləməyə və əməliyyatları daha asan identifikasiya etməyə imkan verir.

“Bu yenilik ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir”, - deyə məlumatda qeyd edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR