“İmişli” çempion müdafiəçi ilə danışıq aparır

19:40 Gündəm 278
“İmişli” çempion müdafiəçi ilə danışıq aparır

Başa çatan mövsümdə Premyer Liqadakı yerini qoruyan “İmişli” növbəti “futbol ili”nin transfer çalışmalarına başlayıb.

Əsas məqsəd yerli bazarda aktivlik nümayiş etdirməkdir. Çünki qarşıdakı həftələrdə azərbaycanlı futbolçu tapmaq müşkülə çevriləcək.

Bölgə təmsilçisi Vüqar Həsənovla maraqlanır.

“Şəfa” ilə I Liqanın çempionu adını qazanan 28 yaşlı futbolçunun paytaxt klubu ilə müqaviləsi başa çatıb və buradan ayrılmaqda maraqlıdır.

“İmişli” vaxtilə “Səbail”in heyətində elita təcrübəsi qazanmış stoperə şərtlərini təqdim edib. Son anda hansısa problem yaranmasa, tərəflər yaxın günlərdə müqaviləyə qol çəkəcək.

Vuqar Həsənov karyerası ərzində “Neftçi-2”, “Səbail”, “Kəpəz” kimi komandaların şərəfini qorumaqla yanaşı, U-21 millimizin formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti