İcraiyyə Komitəsi (İK) yaxın günlərdə bir araya gələcək.
Bu barədə AFFA-dan redaksiyamıza bildirilib.
Qurumdan saytımıza daxil olan məlumata görə, İK-nin iyunun ilk 10 günü ərzində toplaşması nəzərdə tutulub.
Yığıncağın gündəliyinə bir neçə məsələ daxildir. Bura Premyer Liqa, Əvəzedicilər Liqası, aşağı yaş qrupları üzrə milli komandalara baş məşqçi təyinatı kimi mövzular daxildir.
Həmçinin AFFA-nın texniki direktoru vəzifəsinə yeni təyiatın burada rəsmiləşməsi gözlənilir.
SPORTİNFO.AZ

