Mahir Emreli karyerasını bu ölkədə davam etdirəcək?

27 May 14:20 Gündəm 1 133
Mahir Emreli karyerasını bu ölkədə davam etdirəcək?

“Kayzerslautern”də uğursuz mövsüm keçirən Mahir Emreli klubunu dəyişə bilər.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını bu ölkədə davam etdirə bilər.

APOEL Azərbaycan millisinin forbardının xidmətində maraqlıdır. Bir neçə ölkədən təklifi olan təcrübəli forvarda ən çox maraq göstərən məhz kiprlilərdir.

APOEL rəhbərliyi Mahirin hücum xəttində komandaya fayda verəcəyinə inanır.

Mahir Emreli başa çatan mövsümdə “Kayzerslautern”in heyətində keçirdiyi 13 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!