Klubu elitaya qaytaran baş məşqçiyə güvənmirlər - Üç seçimi var

15:00 Gündəm 288
Klubu elitaya qaytaran baş məşqçiyə güvənmirlər - Üç seçimi var

I Liqanın çempionu olan «Şəfa»nın Premyer Liqa ilə əlaqəli planları yaxın günlərdə dəqiqləşəcək.

Sponsor şirkətin rəhbərliyi klub idarəçiləri ilə bir araya gələcək və müxtəlif istiqamətlər üzrə müzakirələr aparacaq.

Gündəmin mərkəzində yer alan əsas məsələ baş məşqçi postuyla bağlıdır.

Düşərgədən aldığımız məlumata görə, Elgiz Kərəmlinin vəzifəsində qalmaq ehtimalı çox aşağıdır. Hərçənd ilyarım öncə bura gəlmiş gənc mütəxəssisin müqaviləsində xüsusi bənd var.

Həmin bəndə görə, komanda Premyer Liqaya vəsiqə qazanarsa, onunla sözləşmənin müddəti avtomatik 1 il uzadılacaq.

Di gəl, I Liqanın son turlarında qeydə alınan qeyri-sabit nəticələr və zəif oyun himayədarların Kərəmliyə inamını çox azaldıb. Hətta «Cəbrayıl»la matçdan (1:0) öncə onun istefaya göndərilməsi istənilib.

Müşavir Əfran İsmayılov və bəzi futbolçuların xahiş-minnətindən sonra yekun qərarın verilməsi müvəqqəti olaraq «dondurulub».

Başbilənlər Premyer Liqa təcrübəsi olmayan Elgiz Kərəmliyə klubda başqa vəzifə təklif etmək variantını gözdən keçirr.

İstəyərsə, yeni yaradılacaq əvəzedici heyəti çalışdıracaq. İstəməsə, idarəçi kimi özünü sınamasına şərait yaradılacaq.

Əks halda, təzminatını alıb hamıyla sağollaşması mümkündür. Necə deyərlər, seçimdə sərbəstdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti