“Motor”da çıxış edən Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, qış fasiləsində Plşa klubundan ayrılacağı demək olar dəqiqləşən hücumçu hazırda Premyer Liqa təmsilçiləri ilə danışıqlar aparır.
Millinin forvardının meneceri onun xidmətini ilk olaraq “Qarabağ”a təklif edib.
Lakin onun “Zirə”yə keçmək ehtimalı da böyükdür. Çünki baş məşqçi Rəşad Sadıqovun 26 yaşlı forvardı sərəncamında görmək istədiyi vurğulanıb.
Əgər “Qarabağ” Dadaşovun xidmətində maraqlı olmasa, o zaman “Zirə” futbolçunun meneceri ilə danışıqları intensivləşdirəcək.
Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin Lyublin klubu həmyerlimizi transferə çıxarıb.


