Premyer Liqanın autsayderi I Liqada çempionluğa oynayan komandanın müdafiəçisini istəyir

24 Dekabr 23:00 Gündəm 307
Premyer Liqanın autsayderi I Liqada çempionluğa oynayan komandanın müdafiəçisini istəyir

Premyer Liqanın ilk yarısını sonuncu pillədə başa vuran “Karvan-Yevlax” qış fasiləsində güclənmək niyyətindədir.

Baş məşqçi Füzuli Məmmədov rəhbərliklə söhbətində yeni futbolçulara ehtiyac duyduğunu açıq şəkildə bildirib.

Yevlax təmsilçisinin fasilə dönəmində 2-3 futbolçu ilə anlaşması gözlənilir.

Füzuli Məmmədov sərəncamında görmək istədiyi adlardan biri Vüqar Həsənovdur.

Hazırkı klubu “Şəfa” ilə I Liqada çempionluq uğrunda mübarizə aparan 28 yaşlı mərkəz müdafiəçisinin özü də Premyer Liqada top qovmağa qarşı deyil.

Sadəcə, “Şəfa” ilə müqaviləsinin olması klubları öz aralarında dil tapmağa məcbur edir.

Hazırda bu yöndə danışıqlar aparılır. “Şəfa” razılıq versə, Vüqar yeni ildən “Karvan-Yevlax”ın uğurları üçün tər tökəcək.

Həsənov karyerası ərzində “Keşlə” və “Neftçi”nin əvəzedici heyətlərində, “Kəpəz”, “Səbail”, “Qəbələ” və “Mingəçevir”də top qovub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 18:10 Çək və bizə göndər!
24 Dekabr 04:00 Mükafatlarını aldılar