AFFA-da yeni təyinat gözlənilir. Federasiya Zamiq Əliyevi işə dəvət edib.
Sözügedən şəxs hazırda “Səbail“də yüksək post tutur.
O, 2022-ci ilin yayından Bayıl klubunda idman direktor vəzifəsini tutur. Q
urum xeyli müddətdir futbol sektorunda fəaliyyət göstərən bu kadrla artıq bir müddətdir danışıqlar aparır. Funksioner I Liqa təmsilçisindən ayrılmağa müsbət yanaşır.
Əliyev daha öncə Peşəkar Futbol Liqasının Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olub.
2018-ci ildə “Sumqayıt”a idman direktoru təyin edilib və 4 il burada çalışıb.
SPORTİNFO.AZ


