“Qarabağ”a qaytarmadılar, 5 milyon avroya SATDILAR

14:25 Gündəm 115
“Qarabağ”a qaytarmadılar, 5 milyon avroya SATDILAR

"Flamenqo"nun hücumçusu Juninyonun "Pumas"a keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Meksika klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı hücumçu ilə bağlanan müqavilə ilə bağlı məlumat verilməyib. "Globo" nəşri yazıb ki, bu transfer üçün "Flamenqo"ya 5 milyon avro ödəniləcək.

"Qarabağ"ın sabiq futbolçusu 2023-cü ilin yayından 2025-ci ilin yanvar ayına qədər Ağdam klubunda çıxış edib. O, bu müddətdə 81 oyunda 42 qol vurub.

Braziliyalı forvard “Flamenqo”ya 5 milyon arvoya transfer olunmuşdu. "Qarabağ" Juninyonu icarə əsasında geri qaytarmaq istəsə də, "Flamenqo" bu təklifi qəbul etməyib.

Braziliya klubunda isə Juninyo özünü doğrulda bilməyib. "Sambaçı" mövsüm ərzində 32 oyunda meydana çıxıb və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti