“Neftçi” ilə bizi çətin oyun gözləyir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın kapitanı Vadim Abdullayev deyib.
31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XVI turunda evdə “Neftçi”yə qarşı keçiriləcək oyundan gözləntilərini dilə gətirib:
“Hər oyunda olduğu kimi, yenə maksimum dərəcədə hazırlaşmağa çalışırıq. Rəqibi analiz edirik.
“Neftçi”nin adı və nüfuzu bəllidir, Azərbaycanın ən güclü komandalarından biridir.
Çalışacağıq ki, bu oyundan xal və ya xallar qazanaq. Evdə, azarkeşlərimizin qarşısında oynayacağıq.
Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

