“Mən komandanı Premyer Liqada saxlayacam” - VƏD VERDİ

17:00 Gündəm 414
“Mən komandanı Premyer Liqada saxlayacam” - VƏD VERDİ

«Karvan» bu mövsüm Premyer Liqada yerini qoruyacaq.

Bu, yeni baş məşqçi Füzuli Məmmədovun kelub rəhbərliyinə verdiyi ilk və son vəddir.

Noyabrın 25-də sükan arxasına keçən mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb, komandanın elitada saxlayacağına zəmanət verib.

Vaxtilə «Neftçi» ilə ölkə çempionatında debüt etmiş çalışdırıcı əsas planlarını qış fasiləsindən sonra həyata keçirəcəyini bildirib. O, bunun üçün ilk diqqəti transfer bazarına yönəldəcəyini deyib.

Məmmədovun rəyinə görə, Azər Həşimovun dövründə seleksiya işi bərbad aparılıb, uğursuz və pərakəndə addımlar atılıb.

Düşərgəyə cəlb olunan legionerlərdən ən azı yarısının Premyer Liqanın səviyyəsinə uyğun gəlmədiyini söyləyən baş məşqçi hesab edir ki, yerlilərdən bir neçəsi də onlara yaramır.

Komandanın fiziki durumunu çox pis qiymətləndirən Məmmədovun niyyəti atletik keyfiyyətləri olan oyunçuları bura cəlb etməkdir.

15 ildən sonra elitaya dönmüş «Karvan» 15 tura 6 xal toplayıb. Mövsümün geridə qalmış bölümündə 11 məğlubiyyət almış «sarvanlar» turnir cədvəlinin son - 12-ci pilləsindədir.

Aran təmsilçisi Füzuli Məmmədovla çıxdığı iki çempionat oyununda 1 xal toplayıb. Yevlaxda «Şamaxı»ya 0:3 hesabıyla uduzublarsa, Qubada «İmişli» ilə 1:1 ediblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti