Ölkəmizdə bu kreditlər bahalaşdı

07:40 Gündəm 99
Ölkəmizdə bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.

Manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb.

Eyni zamanda, cari ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.84 faiz bəndi çoxdur.

Ccari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 386.5 milyon manata bərabər olub.

Kredit portfelinin 15 milyard 100 milyon manatı biznes kreditləri, 8 milyard 881.9 milyon manatı istehlak kreditləri, 4 milyard 404.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti