Azərbaycanda qalmaq istəmədi, Türkiyəyə gedir - RAZILAŞDILAR

7 İyul 22:40 Gündəm 818
Azərbaycanda qalmaq istəmədi, Türkiyəyə gedir - RAZILAŞDILAR

Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Son 1 ildə adı bir neçə dəfə qardaş ölkənin klubları ilə hallanan Rüfət Abdullazadə legioner həyatı yaşamaq hədəfini qətiləşdirib.

Azərbaycan klublarının da maraq dairəsində olan solaxay yarımmüdafiəçi Türkiyənin bir neçə təmsilçisi ilə danışıq aparandan sonra yekun qərarını verib.

I Liqada mübarizə aparan klublardan biri ilə bütün detalları razılaşdıran 24 yaşlı futbolçu yaxın 10 gün ərzində müqavilə bağlamaq üçün vətəni tərk edəcək.

Abdullazadəyə maraq göstərənlər arasında “Ərzurumspor” xüsusi fəallıq göstərsə də, siyahıda “Keçiörengücü” ilə “Boluspor”un da adı var.

Həmin klub bu keçid üçün “Səbail”ə transfer haqqı ödəyəcək.

“Səbail”lə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulan futbolçu 2023-2025-ci illər aralığında “dənizçilər”in heyətində 75 oyunda meydana çıxmaqla 15 qol vurub, 14 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu