Ekvador millisinin hücumçusu Azərbaycan yolunda

02:10 Gündəm 372
Ekvador millisinin hücumçusu Azərbaycan yolunda

Ekvador millisinin hücumçusu Jorkaeff Reasko karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az sport1.az-a istinadən xəbər verir ki, 26 yaşlı forvardla "İmişli" yaxından maraqlanır.

Tərəflər arasında danışıqlar davam edir.

Hazırda "El Nasional"da çıxış edən hücumçu 13 qarşılaşmada 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Hücumçu karyerası ərzində "LDU Kito", "Dorados de Sinaloa", "Nyuells Old Boyz", "İnstituto", "Barselona" (Ekvador) kimi klublarda çıxış edib.

Forvard Ekvador millisində 5 oyunda top qovub.

Jorkaeff 114 matçda meydana çıxıb. Bu görüşlərdə 19 qol vurub, 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda