Çempionlar Liqasında sürpriz etmiş klubdan millimizin oyunçusuna təklif gəldi - SON DƏQİQƏ

8 İyun 18:35 Gündəm 1 561
Çempionlar Liqasında sürpriz etmiş klubdan millimizin oyunçusuna təklif gəldi - SON DƏQİQƏ

Millinin yarımmüdafiəçisi Səbuhi Abdullazadə karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.

Ona bu dəfə Moldovadan təklif gəlib.

Daha öncə Türkiyədən dəvət almış 24 yaşlı oyunçu «Şerif»in maraq dairəsindədir. Bu ölkənin ən titullu klubu azərbaycanlı gəncə 3 illik müqavilə təklif edib.

Bir neçə il öncə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmış və «Real»a udaraq böyük sürprizə imza atmış «Şerif» həmyerlimizlə danışıqlara start verib.

Abdullazadə hazırda azad agent statusu daşıyır. «Kimyaçılar» öz yetirməsiylə sözləşməni yeniləməyə hazırdır. Həmçinin «Neftçi» onunla bağlı iddiasını ortaya qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti